“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.
Sportinfo.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan Şakir Seyidov icarə əsasında mövsümün sonuna kimi “Kəpəz”də çıxış edəcək.
Ampluaca yarımmüdafiəçi olan oyunçu müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının, o cümlədən 21 yaşadək futbolçulardan ibarət millinin heyətində oynayıb.
Paytaxt klubu Seyidovu ötən mövsüm “Turan Tovuz”a da icarəyə vermişdi.
"Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal və Vüsal Məsimovu da transfer edib.

