"Kəpəz" afrikalı legioneri yola salıb.
Söhbət bir müddətdir düşərgədə yoxlanışda olan orta xətt oyunçusundan gedir.
Baş məşqçi Azər Məmmədovun etimadını doğrulmayan gəlməyə qapını göstəriblər.
Amma hücum mövqeyində çıxış edən digər afrikalı futbolçuya isə hələ gözləməsi məsləhət görülüb.
Çalışdırıcı onunla bağlı yekun qərarını yaxın bir həftədə açıqlayacaq.
Hər iki futbolçu da təxminən 2 həftədir Gəncə təmsilçisinin düşərgəsində baxışdadır.
XANOĞLAN / SPORTİNFO.AZ

