Daha bir transfer XƏBƏRİ

24 Avqust 2023 00:50 Kəpəz 846
Daha bir transfer XƏBƏRİ

"Kəpəz" heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Vüsal Məsimovu transfer edib. 23 yaşlı cinah müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Son olaraq "Turan Tovuz" klubunda çıxış etmiş Məsimov 2021/2022-ci illər mövsümündə "Kəpəz"in heyətində oynayıb.

"Kəpəz" bunadək Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Vladislav Vasilyuçek, Olavale Onanuqa və Latir Falı sıralarına cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti