Tərlan Əhmədovun arxadan atdığı "daş" kimə ünvanlanıb?

13 Mart 2023 19:40 Kəpəz 638
Tərlan Əhmədovun arxadan atdığı "daş" kimə ünvanlanıb?

"Vəziyyətimiz çətindir. Komandanın tərcüməçisi yoxdur. Mən üç dildə danışıram. Bəzən isti su olmur, futbolçular məşqdən sonra gedib evdə çimirlər. Komandanın 2 əsr yaşı var. "Kəpəz"ə belə laqeyd münasibət göstərmək olmaz. Avtobusu, tərcüməçisi, vitamini olmayan komadanın Premyer Liqada qalmasına çalışıram".

Bu fikirləri Premyer Liqanın 26-cı turunun "Zirə" ilə matçından sonra (1:1) "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov dilə gətirib.

Təcrübəli mütəxəssisin açıqlaması qısa müddətdə gündəmi zəbt etdi.

Premyer Liqa klubu olmaq nədir, yuxarıdakı problemlər nədir?

Həqiqətən, Əhmədov bütün fikirlərində haqqlıdır. Belə bir klubun Premyer Liqada qalmasına can atmaq da heç doğru deyil.

Amma məsələnin başqa tərəfi də var. Tərlan müəllim problemlərdən indi hali oldu?

Guya "Kəpəz"ə təyinat alanda bunları bilmirdi? Əbəttə, bilirdi. Mən bilirdimsə, o da bilirdi.

Bəs, onda niyə danışmırdı? Niyə imtina etmirdi təklifdən? Getməzdi də bu qədər problem brulğanında olan kollektivə.

Özü demişkən oturub evində stressiz həyatın yaşayardı.

Yox, razılıq verib, əlini daşın altına qoymusansa, o əl əzilənə qədər danışmaq acizlik əlamətidir.

Axı özün bütün kanallarını işə salıb, indi barəsində problem konfransı açdığın klubda işləməyə özün can atmısan.

Amma indi belə danışmağın nəticələrə don geyindirməkdir.

Bəlkə də rəhbərliyi zərbə önünə çıxarmaq məqsədi güdür.

Bu, daha çox arxadan atılan daşa bənzəyir.

Belə şeylərlə iz azdırmaqdansa, üstün oynadığı, hesabda üstün olduğu halda komandanızın "Zirə" matçından niyə bir xalla ayrılmasının izinə düşsəniz daha yaxşı olar.

Gəncə azarkeşləri belə bəhanələrə, iz azdırmalara könlü çoxdan toxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"