“Yenidən Çempionlar Liqasında oynamağı çox səbirsizliklə gözləyirəm”

3 Sentyabr 2023 01:40 Çempionlar Liqası 1 141
“Yenidən Çempionlar Liqasında oynamağı çox səbirsizliklə gözləyirəm”

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin püşkatmasının nəticələrindən danışaraq, çox maraqlı komandalara qarşı oynamalı olacaqlarını bildirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı forvard sosial şəbəkədə paylaşdığı videoda Çempionlar Liqasında oynamağı səbirsizliklə gözlədiyini deyib:

“Çempionlar Liqasının yeni mövsümü üçün yeni saç düzümü! Püşk atıldı, qrupumuzda çox maraqlı komandalar var:

“Mançester Yunayted”, “Qalatasaray” və “Kopenhagen”. Yenidən Çempionlar Liqasında oynamağı çox səbirsizliklə gözləyirəm. İrəli!”

Çempionlar Liqasının qrup mərhələsinin təqvimi hələ açıqlanmasa da, 2023-cü il sentyabrın 19-20-də başlayacağı və 12-13 dekabrda başa çatacağı məlumdur.

Turnirin finalı iyunun 1-də, Londondakı “Uembli” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti