Razılığa gəldilər - 17 müdafiəçinin transferi ilə bağlı

14 Dekabr 2024 21:40 İngiltərə 1 282
Razılığa gəldilər - 17 müdafiəçinin transferi ilə bağlı

“Mançester Yunayted” “Syerro Porteno”nun müdafiəçisi Dieqo Leonu transfer etmək üçün şifahi razılığa gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, paraqvaylı futbolçunun transferi üçün ilkin ödəniş 3,8 milyon avro, üstəgəl, əlavə 1 milyon avro və oyunçunun, ya da komandanın gələcək nailiyyətlərindən asılı olaraq 3,3 milyon avrodan çox olacaq.

17 yaşlı müdafiəçinin İngiltərə klubuna 2025-ci ilin iyulunda gələcəyi qeyd olunur. O, “Syerro Porteno”nun yetirməsidir.

Dieqo cari mövsümdə Paraqvay klubunun heyətində 19 matçda iştirak edib və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda