Yığmamızın forvardının oğlu rəsmən məşhur klubda

7 İyul 2022 02:20 İtaliya 1 002
Yığmamızın forvardının oğlu rəsmən məşhur klubda

"Napoli" yeni transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya ilə müqavilə imzalanıb.

21 yaşlı hücumçunun sözləşməsinin detalları hələlik açıqlanmayıb.

Xviça Kvaratsxeliya ötən mövsüm ölkəsində Batumi "Dinamo"sunun formasını geyinib.

Azərbaycan yığmasının və "Şəmkir"in sabiq baş məşqçisi Badri Kvaratsxeliyanın böyük oğlu daha öncə Moskva "Lokomotiv"i və "Rubin"in şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti