“Barselona” 18 yaşlı hücumçu üçün danışıqlara başladı

24 May 18:20 İspaniya 203
“Barselona” 18 yaşlı hücumçu üçün danışıqlara başladı

“Barselona” “Sevilya”nın gənc futbolçusu Dieqo Talaveronu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Xəbərdə Kataloniya təmsilçisinin 18 yaşlı hücumçu üçün “Sevilya” ilə danışıqlara başladığı bildirilir.

Talaveronu La Liqanın bir neçə klubuyla yanaşı, Premyer Liqa təmsilçiləri də izləyir. Hücumçu bu mövsüm “Sevilya”nın B komandasıyla 22 qol vurub.

Xəbər Lenti
14 İyul 10:10 Bravo Sizi gözləyir!
13 İyul 21:00 1 il də "Sumqayıt"da