San Marino klubundan təklif aldı - İtaliyada legioner həyatı yaşayan yeganə azərbaycanlı

11 May 2024 08:20 Bizimkilər 951
San Marino klubundan təklif aldı - İtaliyada legioner həyatı yaşayan yeganə azərbaycanlı

İtaliyada legioner həyatı yaşayan yeganə azərbaycanlı futbolçu Raul Yaqubzadə yeni mövsümlə bağlı karyerasında dəyişiklik edə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, həmyerlimizə İtaliya, San-Marino və Kipr klublarından təkliflər gəlib.

Əldə etdiyimiz məlumata görə, 20 yaşlı hücumçunun daha yuxarı liqada oynamaq üçün Kipr və San-Marino klublarından birinə üstünlük verə bilər.

Amma ona İtaliya D seriyasında yarışan klublardan birinə keçmək ehtimalı da az deyil. San-Marino klublarından avrokuboklarda çıxış edəcək "La Fiorita",

Kiprdən isə "Karmiotissa"da çıxış etmək variantını götür-qoy edəcək.

Hazırda D seriyasında yarışan “İmoleze”yə məxsus olan Yaqubzadə ötən ilin dekabr ayından elə həmin liqada mübarizə aparan “Nuova Florida”da icarə əsasında çıxış edib.

O, yayda məxsus olduğu komandaya qayıdacaq. Lakin futbolçunun “İmoleze” ilə müqaviləsi da iyunun 30-da bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?