Azərbaycanlı oyunçu xarici klubla müqaviləsini pozdu

4 İyul 2024 11:00 Gündəm 1 401
Azərbaycanlı oyunçu xarici klubla müqaviləsini pozdu

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov LKS-dən (Polşa) ayrılıb.

Sportinfo.az/ xəbər verir ki, bu barədə Lodz komandası rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, 28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məmmədov LKS-ə bu ilin əvvəlində “Qarabağ”dan keçmişdi.

Rahil LKS-in heyətində Polşa çempionatında 16 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır