İngilislə mümkün müqavilənin şərtlərini razılaşdırdı - Məşhur klub

16 May 2023 15:40 İspaniya 433
İngilislə mümkün müqavilənin şərtlərini razılaşdırdı - Məşhur klub

“Real” “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Çud Bellingem üçün rəsmi sorğu göndərmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “kral klubu” artıq ingiltərəli futbolçunun özü ilə mümkün müqavilənin şərtlərini razılaşdırıb.

Dortmund təmsilçisi ilə danışıqların aparılması planlaşdırılır.

Danışıqların şərtləri “Borussiya”nın Bundesliqadakı çempionluq uğrunda mübarizəsindən asılıdır.

Bellingem cari mövsümdə Almaniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti