“Barselona”nın hücumçusuna həftədə 230 min avro ödəməyə hazırdır

9 May 2023 00:00 İspaniya 882
“Barselona”nın hücumçusuna həftədə 230 min avro ödəməyə hazırdır

“Barselona”nın hücumçusu Rafinya gələn mövsüm klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, “Nyukasl” 26 yaşlı futbolçunu transfer etmək üçün əsas namizəddir.

İngiltərə klubu braziliyalı futbolçuya hər mövsümə görə 12 milyon avro (həftədə 230 min avro) təklif etməyə hazırdır.

Daha əvvəl “sambaçı” ilə “Çelsi” və “Arsenal”ın da maraqlandığı bildirilirdi.

Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya keçib. O, bu mövsüm bütün yarışlarda 45 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Onun “Barsa” ilə müqaviləsi 2027-ci ilin yayına qədər.

Digər Xəbərlər
Xəbər Lenti