“Barselona”nın vingeri Ansu Fatinin agenti Xorxe Mendeş müştərisi üçün ən azı 70 milyon avro ödəyə biləcək klub tapmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, “Barsa”nın baş məşqçisi Xavi artıq futbolçunun xidmətində maraqlı deyil.
Klub rəhbərliyi Fatini satmaqda maraqlıdır. Çünki Kataloniya klubu yaxın vaxtlarda maliyyə feyr-pleyinə uyğunlaşmalıdır.
Mendeş əmindir ki, kataloniyalılara onlara tam uyğun olan təklifi verməyə hazır top-klub olacaq. Agent ilk növbədə İngiltərənin Premyer Liqa klublarına ümid bəsləyir.
20 yaşlı cinah oyunçusu bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

