Köhnə-yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşdı

1 May 2023 10:20 İspaniya 591
Köhnə-yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşdı

“Xetafe”nin yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi sabiq baş məşqçisi Xose Bordalasa tapşırılıb.

59 yaşlı mütəxəssis köhnə-yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Kike Sançes Floresi əvəz edib.

Xatırladaq ki, Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik etmişdi.

“Xetafe” bu mövsüm La Liqada 31 oyuna topladığı 31 xalla 18-ci sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti