“Barselona”nın direktoru Mateu Alemani növbəti transfer pəncərəsindəki planlarından danışıb.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi yayın çox maraqlı keçəcəyini söyləyib:
“Sizə deyə bilərəm ki, bu yay çox maraqlı olacaq”.
Öncədən “Barsa”nın PSJ-nin argentinalı hücumçusu Lionel Messini transfer etmək üçün La Liqa rəhbərliyindən təsdiq gözlədiyi haqda xəbər vermişdik.
“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində 79 xalla birinci pillədədir.

