İspaniya La Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Xetafe" Kiki Sançes Floreslə yollarını ayırıb.
. 58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sançes Flores uğursuz nəticələrə görə istefaya göndərilib. Komanda İspaniya çempionatının 31-ci turunda doğma meydanda "Almeriya"ya 1:2 hesabı ilə məğlub olub. "Xetafe" La Liqada 31 turdan sonra 31 xalla 17-ci pillədə qərarlaşıb.
Kiki Sançes Flores 2021-cci ilin sonundan "Xetafe"nın baş məşqçisi postunu icra edirdi.

