“Barselona”nın bundan artığına gücü çatmadı - VİDEO

27 Aprel 2023 10:00 İspaniya 770
“Barselona”nın bundan artığına gücü çatmadı - VİDEO

İspaniya La Liqasında XXXI tur davam edir.

Sportinfo.az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri də “Reyo Valeykano” ilə “Barselona” arasında olub.

Birincilərin meydanında baş tutan qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Alvaro Qarsiya 19-cu, Fran Qarsiya isə 53-cü dəqiqələrdə fərqlənərək “Rayo Valeykano”nu önə çıxarıb.

Levandovski 83-cüdəqiqədə qollardan birinin əvəzini çıxmağı bacarsa da, “Barselona”nın bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra 76 xalda qalan kataloniyalılar liderliyə davam edirlər. “Rayo Valeykano” isə xallarının sayını 43-ə çatdıraraq 9-cu pilləyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti