Satmağa hazırdır - Transfer xərclərini ödəyə biləcək yaxşı təklif gələrsə

26 Aprel 2023 11:55 İspaniya 578
Satmağa hazırdır - Transfer xərclərini ödəyə biləcək yaxşı təklif gələrsə

“Real” rəhbərliyi yarımmüdafiəçi Orelyen Tuçameninin satışını istisna etmir.

Sportinfo.az xəbər verir ki, madridlilər futbolçudan narazıdırlar və fransalının satışının daha faydalı ola biləcəyinə inanırlar.

“Real” Tuçamenini ötən yay “Monako”dan 80 milyon avroya alıb.

Futbolçu “Mançester Yunayted”ə gedən Kazemironun əsas əvəzedicisi kimi görünürdü. Lakin yarımmüdafiəçi bu mövsüm çox nadir hallarda start heyətində meydana çıxır.

Madrid klubu 23 yaşlı futbolçunun hələ gənc olduğunu və inkişaf edə biləcəyini anlayır, ona görə də, onunla ayrılmağa tələsmirlər.

Amma fransalı futbolçunun transfer xərclərini ödəyə biləcək yaxşı təklif gələrsə, “Real” onu satmağa hazırdır.

Tuçameni bu mövsüm bütün yarışlarda 39 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti