Maliyyə problemləri yaşayan "Barselona" Rafinyanı satmaq istəyir.
Sportinfo.az xəbər verir ki, kataloniya təmsilçisi braziliyalı vingerin satışından 90 milyon avro gəlir əldə etməyi planlaşdırır.
"Arsenal" və "Nyukasl" 26 yaşlı futbolçunu transfer etməyə çalışır.
"Barselona" Rafinyanı mövsümün əvvəlində "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü La Liqa klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 9 qol 10 məhsuldar ötürmə ilə yadda qalıb.

