Bu hücumçu “Real”a təkbaşına 4 qol vurdu - VİDEO

26 Aprel 2023 00:20 İspaniya 580
Bu hücumçu “Real”a təkbaşına 4 qol vurdu - VİDEO

İspaniya La Liqasında XXXI tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Real” (Madrid) “Jirona”nın qonağı olub.

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:2.

Madridlilərin qollarına Vinisius Junior və Lukas Vaskes imza atıblar. Kataloniya klubunun bütün qollarını isə Tati Kastelyanos vurub. O, XXI əsrdə La Liqa matçında “Real”a 4 top vuran ilk futbolçu kimi tarixə düşüb.

Bu məğlubiyyətdən sonra 65 xalda qalan “kral klubu” əvvəlki kimi 2-ci pillədədir və lider “Barselona”dan 11 xal geri qalır.

“Barsa”nın ehtiyatda bir oyunu da var. “Jirona” qələbə sayəsində iki pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Komandanın 41 xalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti