Gənc ulduzun niyyəti uzun illər “Barselona”da çıxış etməkdir

25 Aprel 2023 18:20 İspaniya 682
Gənc ulduzun niyyəti uzun illər “Barselona”da çıxış etməkdir

Qavi karyerasını “Barselona”da davam etdirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu baş məşqçi Xavi ilə təkbətək söhbətində yayda komandanı tərk etmək fikrində olmadığını bildirib.

Xavi isə öz növbəsində onu vacib futbolçu hesab etdiyini deyib.

İspan oyunçu komandadakı durumundan razıdır. O, müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı yaranmış problemin qısa zamanda aradan qaldırılmasını istəyir. Çünki niyyəti uzun illər “Barselona”da çıxış etməkdir.

Öncədən “Çelsi”nin Qavini transfer etmək istədiyi bildirilirdi.

Futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, cari mövsümdə “Barsa”nın heyətində 42 oyuna çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar