“Barselona” 25 milyon avroya satmağa razıdır – Bu hücumçunu

25 Aprel 2023 00:10 İspaniya 686
“Barselona” 25 milyon avroya satmağa razıdır – Bu hücumçunu

“Barselona” hücumçularından birini satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, söhbət Ferran Torresdən gedir. Kataloniya klubu ispaniyalı forvardı 25 milyon avroya satmağa hazırdır.

23 yaşlı Torres 2021-ci ilin dekabrında “Mançester Siti”dən “Barsa”ya keçib. Onun transferi ümumilikdə 55 milyon avro təşkil edib.

Torres bu mövsüm bütün turnirlərdə 39 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti