Messi ailəsi ilə gizlicə Barselonaya gəldi

24 Aprel 2023 21:40 İspaniya 669
Messi ailəsi ilə gizlicə Barselonaya gəldi

Lionel Messi ailəsi və köməkçiləri ilə birlikdə Barselonaya gəlib.

Sportinfo.az xəbər verir ki, PSJ-nin hücumçusu şəhərin eyniadlı komandasına qayıtması ilə bağlı şayiələr fonunda Kataloniya paytaxtına səfər edib.

İddia olunur ki, futbolçu və ailəsi mediaya görünmək istəmədikləri üçün hava limanını arxa qapıdan tərk ediblər.

Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Bildirilir ki, “Barselona” futbolçunun qaytarılması üzərində işləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti