“Real” Madriddə 3 xalı 2 qolla qazandı – VİDEO

23 Aprel 2023 10:15 İspaniya 637
“Real” Madriddə 3 xalı 2 qolla qazandı – VİDEO

İspaniya La Liqasının XXX turunda “Real” (Madrid) öz meydanında “Selta”nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, matç “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 42-ci dəqiqədə Marko Asensio açıb. 48-ci dəqiqədə Eder Militao oyunda son nöqtəni qoyub.

“Real” 65 xalla ikincidir və lider “Barselona”dan 8 xal geri qalır. Katalonların ehtiyatda bir oyunu da var. “Selta” isə 36 xalla 12-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti