Klub prezidenti ilə danışdı - Müqavilənin 1 illik uzadılması barədə

23 Aprel 2023 00:20 İspaniya 564
Klub prezidenti ilə danışdı - Müqavilənin 1 illik uzadılması barədə

“Real”ın prezidenti Florentino Peres və xorvatiyalı yarımmüdafiəçi Luka Modriç arasında danışıq baş tutub.

Sportinfo.az xəbər verir ki, söhbət əsnasında klub prezidenti onunla hazırkı müqavilənin bir illik uzadılması barədə danışıb.

37 yaşlı futbolçu peşəkar karyerasını “kral klubu”nda başa vurmağı düşünür. La Liqa təmsilçisinin cari mövsümün sonunda ona sözləşmənin uzadılması ilə bağlı təklifin ediləcəyi gözlənilir.

Modriç üçün ən önəmli məqam ailəsinin Madrid şəhərində rahat olmasıdır.

Xorvatiya millisinin üzvü cari mövsüm “Real”ın heyətində bütün turnirlər daxil olmaqla, 42 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti