Qazandığı kuboku toyuna da aparan məşhur futbolçu 41 yaşında karyerasını bitirdi

22 Aprel 2023 12:20 İspaniya 599
Qazandığı kuboku toyuna da aparan məşhur futbolçu 41 yaşında karyerasını bitirdi

La Liqa tarixində ən çox oyun keçirən futbolçuların sırasında ikinci olan Xoakin karyerasını bitirdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, spaniyalı cinah oyunçusu mövsümün sonunda butslarını mismardan asacaq.

41 yaşlı futbolçu La Liqada meydana çıxdığı 615 matçla İspaniyada ən çox oyun keçirənlərin sırasında ikincidir.

Liqa tarixində ən çox oyun keçirən futbolçu isə Andoni Zubizarretadır. Məşhur veteran qapıçı İspaniya La Liqasında 622 oyunda meydana çıxıb.

Mövsümün sonunda futbolçu karyerasını başa vuracaq Xoakinin "Betis"in qazandığı 3 Kral Kubokunun 2-də payı olub.

"Betis" 1977-ci ildə ilk dəfə kubok qazanıb. Xoakin kuboku iki dəfə - 2005 və 2022-ci illərdə başı üzərinə qaldırmağa nail olub. 2005-ci ildə qazanılan kubok hətta futolçunun toyuna da aparılıb.

Bu mövsüm "Betis"in qalan oyunlarında iştirak etsə, o, ən çox oyun keçirənlərin siyahısında birinciliyə yüksələcək.

Futbolçu həmçinin İspaniya millisinin heyətində 51 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti