Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Kərim Benzema gələcəyi ilə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, fransalı forvard Madriddə qalacaq.
35 yaşlı hücumçu "kral klubu" ilə müqaviləsini 1 il müddətinə uzadacaq.
2023/2024 mövsümü təcrübəli futbolçu üçün İspaniya klubunda sonuncu olacaq. O, gələn ilin yayında La Liqa təmsilçisini tərk edəcək.
Kərim Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Fransa millisinin sabiq üzvü cari mövsümdə madridlilərin heyətində meydana çıxdığı 35 rəsmi matçda 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

