"Bu barədə danışmağı xoşlamıram, “Real”da qalmaq istəyirəm"

18 Aprel 2023 15:40 İspaniya 455
"Bu barədə danışmağı xoşlamıram, “Real”da qalmaq istəyirəm"

“Real”ın baş məşqçisi Karlo Ancelotti Braziliya millisini çalışdıracağı ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis İspaniya klubunda məşqçilik karyerasını davam etdirmək istədiyini dilə gətirib:

“Bu barədə danışmağı xoşlamıram. “Real”da qalmaq istəyirəm. Bunu əvvəl də aydın şəkildə demişdim”.

Öncədən Ancelottinin Braziliya yığmasına rəhbərlik edəcəyi bildirilirdi. Onun “kral klubu” ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti