İspaniya La Liqasında 29-cu turun görüşləri davam edir.
Sportinfo.az xəbər verir ki, lider "Barselona" səfərdə "Xetafe"nin qonağı olub.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Xallarını 73-ə yüksəldən "Barselona" liderliyini davam etdirir. "Xetafe" isə 31 xalla 15-ci yerdədir.

