"Real" bu futbolçunun müqaviləsini uzadacaq - 1 İLLİK

16 Aprel 2023 17:45 İspaniya 771
"Real" bu futbolçunun müqaviləsini uzadacaq - 1 İLLİK

Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Toni Kroos gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Madriddə qalacaq.

Almaniyalı futbolçu "kral klubu" ilə müqaviləsini 2024-cü ilin yayına kimi uzadacaq.

"Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Təcrübəli futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 40 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR