Azərbaycan millisinin sabiq məşqçisi III Divizion klubunda

11 Aprel 2023 23:20 İspaniya 1 040
Azərbaycan millisinin sabiq məşqçisi III Divizion klubunda

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone III Divizionda işləyəcək.

Sportinfo.az "torinogranata.it" saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin "Paviya" klubu ilə anlaşıb.

Onun futbolçu karyerasını başa vurduğu komanda ilə imzaladığı sözləşmənin detalları açıqlanmayıb.

Benito Karbone 2020 - 2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti