"Fənərbaxça"nın gənc futbolçusunu istəyir - "Barselona"

10 Aprel 2023 01:30 İspaniya 392
"Fənərbaxça"nın gənc futbolçusunu istəyir -

"Fənərbaxça"nın gənc futbolçusu Arda Güler karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin xidmətində "Barselona" maraqlıdır.

Kataloniya təmsilçisi türk futbolçunu yaxından izləyir. "Sarı-lacivərtlilər" Türkiyə millisinin üzvünü 20 milyon avroya satmağa hazırdır.

"Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Gənclərbirliyi"nin akademiyasından transfer edib.

O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR