Lionel Messi bu yay PSJ-dən “Barselona”ya qayıtsa…

10 Aprel 2023 18:20 İspaniya 819
Lionel Messi bu yay PSJ-dən “Barselona”ya qayıtsa…

“Barselona” yayda bir hücumçu almaq istəyir.

Sportinfo.az xəbər verir ki, Lionel Messi PSJ-dən “Barselona”ya qayıtsa, yarımmüdafiəçi mövqeyində oynayacaq.

Buna görə də klub başqa bir hücumçu ilə müqavilə imzalamaq istəyir.

Daha əvvəl hücum xətti üçün əsas namizədlərin 2022-ci ilin yayında “Barselona”dan “Çelsi”yə keçən Pyer-Emerik Obameyanq və Braziliyanın “Atletiko Paranaense” klubundan 18 yaşlı Vitor Roke olduğu bildirilirdi.

Keçən həftə “Barsa” rəsmilərindən Mateu Alemani ilə Jordi Kroyff Vitor Rokenin atası və onun agentlərindən biri ilə danışıqlar aparıb.

Lakin 18 yaşlı hücumçunun transferi “Barselona”ya ən azı 40 milyon avroya başa gələcək.

Messi ümid edir ki, “Barselona”nın prezidenti Xuan Laporta komandaya qayıtmağı müzakirə etmək üçün şəxsən onunla əlaqə saxlayacaq.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi argentinalı futbolçunun keçmiş klubuna dönməsini israrla istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR