“Bu gün “mühərrik”imizin sürəti bir az aşağı idi”

10 Aprel 2023 00:20 İspaniya 688
“Bu gün “mühərrik”imizin sürəti bir az aşağı idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 28-ci turunun “Vilyarreal”la oyunundan sonra (2:3) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis müdafiədə yaxşı oynamadıqlarını deyib:

“Oyun asan keçmədi. Topu özümüzdə saxlamaq çətin oldu. Çünki rəqib topla yaxşı davranırdı.

Qol vurmaq üçün imkanlarımız oldu. Həm də, yaxşı müdafiə oluna bilmədik. Oyunun çətin keçəcəyini bilirdik”.

Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə görüşünün fərqli keçəcəyini vurğulayıb:

“Çelsi” ilə matç fərqli olacaq. Bu gün “mühərrik”imizin sürəti bir az aşağı idi, amma “Çelsi” ilə oyunda tam gücü ilə işləyəcək. “Barselona” ilə oyundan sonra çox yorğun idik”.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 59 xalla ikinci, “Vilyarreal” isə 47 xalla beşinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar