“Barselona” Messini qaytarmaq üçün nə təklif edir? - Sərfəli müqavilə

7 Aprel 2023 00:20 İspaniya 756
“Barselona” Messini qaytarmaq üçün nə təklif edir? - Sərfəli müqavilə

“Barselona” Lionel Messiyə kluba keçidlə bağlı təklif hazırlayır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fox Sports”un əməkdaşı Veronika Brunati açıqlama verib.

Onun sözlərinə görə, hazırda PSJ-nin hücumçusu olan Messiyə 2025-ci ilə qədər 1+1 sxemi üzrə müqavilə təklif olunacaq. Son məlumatlara görə, Messi Robert Levandovskinin aldığı maaş qədər maaş alacaq.

Levandovski ayda 2,17 milyon avro alır.

Bundan başqa Messiyə klubun sponsorluq gəlirinin bir faizi təklif olunacaq. “Barselona” həmçinin argentinalı üçün tam dolu “Kamp Nou” stadionunda vida matçı təşkil etməyi də planlaşdırır.

Lionel Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır. Klub hücumçudan imtina etməyə hazır olduğu bəyan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR