Messi PSJ-yə "yox" dedi - Tezliklə "Brselona"ya qayıdır?

4 Aprel 2023 15:20 İspaniya 525
Messi PSJ-yə "yox" dedi - Tezliklə

PSJ-nin hücumçusu Lionel Messi klubu ilə yeni müqavilədən imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati "Tvitter" hesabında yazıb.

Bildirilib ki, argentinalı hücumçu bu mövsümün sonunda azad agent olaraq komandadan ayrılacaq.

"Barselona" bu həftə 35 yaşlı futbolçu ilə mümkün qayıdışla bağlı danışıqlara başlayacaq və ona təklif göndərəcək.

Kataloniya klubu Messi ilə birbaşa danışıqlar apara bilər, çünki onun PSJ ilə müqaviləsinin bitməsinə 6 aydan az vaxt qalıb.

Daha əvvəl "Barselona" Messini maddi cəhətdən geri qaytarmaq üçün müqaviləni dəstəkləyəcək əsas sponsorlarla danışıqlar apardığı yazılıb.

Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR