“Bizim üçün asan olmayacaq” – Millinin baş məşqçisi

29 Mart 2023 22:00 İspaniya 534
“Bizim üçün asan olmayacaq” – Millinin baş məşqçisi

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Şotlandiya ilə matçını (0:2) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, nəticənin planlarına təsir etmədiyini bildirib:

“Qeydə alınan hesab planlarımızı dəyişmir. Biz meydana çıxdığımız hər matçda qalib gəlmək istəyirik. Öncədən qrupdakı digər komandalarla mübarizənin çətin olacağını bilirdik. Bizim üçün asan olmayacaq”.

İspaniya millisi hazırda A qrupunda 3 xalla ikinci, Şotlandiya isə 6 xalla birincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR