
"Çelsi"nin forvardı Pyer-Emerik Obameyanq "Barselona"ya qayıtmaq istəyir.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu hətta ən az maaşa belə razıdır.
O, yalnız Kataloniya təmsilçisindəçıxış etmək istəyir. Buna görə də Qabon millisinin üzvü klubdan gələcək bütün mümkün təklifləri qəbul edəcək.
O, inanır ki, "Barselona"ya qayıtsa, öz formasına düşə biləcək. Obameyanq digər klublardan gələn təkliflərə baxmayaraq, yalnız Kataloniya komandasına üstünlük verir. Hücumçu "Çelsi" ilə müqavilənin ləğvinə razıdır.
Obameyanq ötən il "Barselona"da oynayıb. O, karyerası ərzində "Milan", "Sent-Etyen", "Lill", "Monako", "Dijon", "Borussiya" Dortmund, "Arsenal" kimi komandaların formasını da geyinib.