"Barsa”da işləməyin çətinliyini başa düşürəm" - İnyesta Xavi haqda

24 Mart 2023 01:40 İspaniya 546
"Barsa”da işləməyin çətinliyini başa düşürəm" - İnyesta Xavi haqda

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta keçmiş komanda yoldaşı Xavinin Kataloniya təmsilçisinin çalışdırıcısı kimi fəaliyyətini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, komandanın irəliləyiş əldə etdiyini bildirib:

“Barselona”da işləməyin çətinliyini başa düşürəm. Orada məşqçinin üzərinə çox iş düşür.

Yüksək ustalıq səviyyəsini qoruyub saxlamaq hər zaman çətindir. Məncə, Xavi kluba təyinat aldıqdan sonra olan irəliləyiş göz qabağındadır.

Onun oyun üslubu möhtəşəmdir. Ümid edirəm ki, bu mövsüm onlar İspaniya çempionu olacaqlar.

Gələn mövsüm isə bütün kuboklar uğrunda mübarizə apara biləcəklər”.

İspaniya milli komandasının keçmiş üzvü 2002-2018-ci illərdə “Barsa”da çıxış edib. Hazırda o, Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular