Azərbaycanla oyunqabağı baş verən bu hadisə "Real"da narazılıq yaratdı

23 Mart 2023 01:10 İspaniya 499
Azərbaycanla oyunqabağı baş verən bu hadisə "Real"da narazılıq yaratdı

"Real"ın müdafiəçisi David Alaba Madrid klubunun həkimlərindən oynamaq icazəsi almamasına rəğmən Avstriya millisinin düşərgəsinə yollanıb.

Sportinfo.az xəbər verir ki, Alaba millinin kapitanı olduğu və meydana çıxmasa belə, komandadakı ab-havaya müsbət təsir etmək istədiyi üçün bu cür qərar verib.

"Kral klubu"nun rəhbərliyi isə müdafiəçinin bu hərəkətini müsbət dəyərləndirməyib və ondan narazı qalıblar.

Klubdan ona Madriddə qalıb, bərpa prosesini başa vurmalı olduğunun daha məqsədəuyğun olduğunu bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti