"Hər şey qaydasındadır, lakin şübhə etməyə haqqımız var"

21 Mart 2023 00:10 İspaniya 484
"Hər şey qaydasındadır, lakin şübhə etməyə haqqımız var"

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 26-cı turunun “Barselona” ilə oyununu (1:2) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini deyib:

“Meydanda yaxşı oyun göstərdik. Qələbəyə layiq idik. Sayılmayan qolumuzla bağlı sualım var idi.

Görüşün sonunda qol buraxdıq. Çox yaxşı oyun oldu. Sona qədər gərgin mübarizəyə şahidlik etdik.

Buraxdığımız qola gəlincə: bu vəziyyətləri artıq qəbul etməliyik. Şübhəsiz ki, hər şey qaydasındadır.

Lakin şübhə etməyə haqqımız var. Çempionatda qalib olmaq üçün sona qədər mübarizə aparacağıq”.

Paytaxt klubu hazırda İspaniya çempionatının turnir cədvəlində 56 xalla ikinci, “Barselona” isə 68 xalla birincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO