
“Real”ın yarımmüdafiəçisi Eden Hazard baş məşqçi Karlo Ançelotti ilə münasibətindən danışıb.
Sportinfo.az xəbər verir ki, o, italiyalı mütəxəssislə danışmadığını deyib:
“Ançelotti ilə danışmırıq. Lakin bir-birimizə hörmət edirik. Bu, hər zaman belə olacaq.
Futbol üçün etdiklərinə və karyerasına görə onun kimi insana hörmət etmək lazımdır”.
Belçikalı futbolçu 2019-cu ilin iyulundan “Real”ın formasını geyinir.
Cari mövsümdə o, La Liqa klubunun heyətində bütün yarışlar daxil olmaqla 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Hazardın “kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.