“Barselona” rəhbərliyi tezliklə Xaviyə yeni müqavilə təklif edəcək

14 Mart 2023 00:10 İspaniya 221
“Barselona” rəhbərliyi tezliklə Xaviyə yeni müqavilə təklif edəcək

“Barselona” rəhbərliyi tezliklə baş məşqçi Xaviyə yeni müqavilə təklif etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İspaniyalı mütəxəssis komandada xoşbəxtdir və təklifi qəbul etməyə hazırdır.

43 yaşlı Xavinin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. Yeni müqavilənin 2026-cı ilə qədər nəzərdə tutulması gözlənilir.

“Barsa” hazırda 25 oyundan sonra 65 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti