"Kiminsə məni qorumasını istəmirəm" - ŞİKAYƏT VAR

13 Mart 2023 12:20 İspaniya 253
"Kiminsə məni qorumasını istəmirəm" - ŞİKAYƏT VAR

Braziliya millisinin və “Real”ın hücumçusu Vinisius Junior İspaniya La Liqasında çalışan hakimləri tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, kobudluğa məruz qalan zaman ədalət təmsilçilərinin buna biganə yanaşdığını dilə gətirib:

“Mənə qarşı rəqib futbolçular kobudluq edəndə hakimlər vərəqə çıxarmırlar. Lakin mən qaydanı pozan kimi vərəqə görürəm.

Bu, hər zaman belə olur. Kiminsə məni qorumasını istəmirəm. İstəyim odur ki, fit çalmaq zərurəti olanda qayda pozuntusundan sonra bunu etsinlər”.

22 yaşlı “sambaçı” cari mövsümdə “Real”ın heyətində 38 oyuna çıxıb, 18 qol vurub və 9 məhsuldar ötürmə edib. O, 2022/23 mövsümündə yeddi dəfə sarı vərəqə ilə cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!