XAVİ: "Onun kimi olmaq istəyirəm, prezident bizə güvənir"

12 Mart 2023 00:10 İspaniya 268
XAVİ: "Onun kimi olmaq istəyirəm, prezident bizə güvənir"

"Barselona"nın çalışdırıcısı Xavi "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Fergüsson kimi olmaq istəyir.

Sportinfo.a xəbər verir ki, o deyib:

“Fergüsson kimi olmaq çətindir. Amma ümid edirəm ki, “Barselona”da onun kimi olacam. Mən klub prezidentinə minnətdaram.

O, mənə deyir ki, görülən işlərdən razıdır. Prezident bizə güvənir. İnanıram ki, o, uzun illər kluba rəhbərlik edəcək. Biz nəticələrdən asılıyıq.

Müqavilənin uzadılması barədə danışmağın vaxtı deyil, mənim daha bir ilim var".

Aleks Fergüsson 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!