Messini qabaqlayan türkiyəli forvard kimdir?

11 Mart 2023 15:20 İspaniya 1 310
Messini qabaqlayan türkiyəli forvard kimdir?

İspaniyanın “Xetafe” klubunun oyunçusu Enes Ünal "Barselona"nın sabiq futbolçusu Lionel Messinin rekordunu yeniləyib.

Sportinfo.az xəbər verir ki, türkiyəli hücumçu 2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolu vurmaqla buna nail olub.

Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. 90+16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirib.

Bununla da Türkiyə millisinin üzvü 21-ci əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. O, 2008-ci ildə “Barselona”nın heyətində “Espanyol”a 90+13-cü dəqiqədə penaltidən qol vuran Messini qabaqlayıb.

Enes Ünal hazırda 12 qolla La Liqada bombardirlər siyahısında 2-cidir. O, yalnız "Barselona"nın hücumçusu Robert Levandovskidən geri qalır. Polşalı forvardın 15 qolu var.

Digər Xəbərlər
Xəbər Lenti