“Məni daim mühakimə və tənqid edirlər - Çətindir, ailəm, uşaqlarım var"

10 Mart 2023 18:20 İspaniya 281
“Məni daim mühakimə və tənqid edirlər - Çətindir, ailəm, uşaqlarım var"

“Barselona”nın baş məşqçisi Xavi La Liqa təmsilçisinin “sükanı arxasında” olmaq barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, həyatının ən pis günlərini Kataloniya təmsilçisinin baş məşqçisi olarkən yaşadığını deyib:

“Məni daim mühakimə və tənqid edirlər. Çətindir, ailəm, uşaqlarım var. Bəzən düşünürəm ki, “Barselona”nın məşqçisi olmağa dəyməz.

Sizə pis olduğunuzu və ya xarakterinizin olmadığını desələr, üzülərsiz. Bəzən haqqımda səsləndirilən tənqidlərdən xəbərim olmur.

Hansısa dostum zəng vurub deyir ki, sosial şəbəkədə səni öldürürlər. Həyatımın ən pis günləri “Barselona”nı çalışdırarkən olub.

Bir çox hallarda özümdən soruşuram ki, buna dəyərmi? Maddi cəhətdən heç nəyə ehtiyacım yoxdur. Lakin mən “Barselona”nın bir üzvüyəm və bu kluba kömək etmək istəyirəm”.

43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından La Liqa təmsilçisini çalışdırır. O, futbolçu kimi 1995-2015-ci illərdə “Barselona”nın formasını geyinib.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlinə 62 xalla başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!