Məşhur oyunçu niyə “Real”dan getmək istəmir?

10 Mart 2023 00:10 İspaniya 321
Məşhur oyunçu niyə “Real”dan getmək istəmir?

“Real”ın cinah oyunçusu Eden Hazard müqaviləsinin bitdiyi vaxta – 2024-cü ilə qədər klubdan ayrılmaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu fevralda “Real”ın rəhbərləri ilə görüşüb və 2024-cü ilə qədər komandada qalmaq arzusunu prezident Florentino Peresə çatdırıb.

Belçikalı vinger digər klublarla danışıqlar aparmır.

Mənbənin sözlərinə görə, Hazardın prioriteti sevdiklərinin xoşbəxtliyidir. Futbolçunun ailəsi Madriddə çox rahatdır və oğullarından biri bu yaxınlarda “Real”ın akademiyasına qatılıb.

Hazard 2019-cu ilin iyulundan “Real”da çıxış edir. O, 2022/23 mövsümündə komandanın heyətində 7 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"