“Real”a gəl, sənə bir köynək göndərəcəm"

8 Mart 2023 12:00 İspaniya 624
“Real”a gəl, sənə bir köynək göndərəcəm"

“Real”ın sabiq yarımmüdafiəçisi Quti “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanın müsahibəsinə münasibət bildirib.

Gürcü vinger bildirib ki, Quti uşaqlıqda onun sevimli futbolçusu olub, ancaq köynəyini ala bilmədiyi üçün ağ formada qələmlə 14 rəqəmini yazıb.

Sportinfo.az xəbər verir ki, Quti Kvaratsxeliyanı “Real”da çıxış etməyə dəvət edib:

“Mən Kvaratsxeliyanın kumiriyəm? Xviça, “Real”a gəl. Sənə bir köynək göndərəcəm”.

Quti “Real”ın yetirməsidir. O, 1995-2010-cu illərdə Madrid klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar