"Real" baş məşqçisinə 1 ay möhlət verib?

7 Mart 2023 01:30 İspaniya 537
"Real" baş məşqçisinə 1 ay möhlət verib?

"Real" baş məşqçisi Karlo Ançelottinin işindən narazıdır.

Sportinfo.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Növbəti 1 ay ərzində 63 yaşlı mütəxəssisin Madrid klubunda gələcəyi müəyyənləşəcək.

Mövsümün bu hissəsində "Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu "Liverpul"a qarşı keçirməli, "Barselona" ilə La Liqada və İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında qarşılaşmalı olacaq.

Qazanılan nəticələr Ançelottinin gələcəyinə aydınlıq gətirəcək.

"Real" hazırda La Liqada 53 xalla 2-cidir. Onlar lider "Barselona"dan 9 xal geri qalırlar. Madrid təmsilçisi ÇL-in 1/8 finalında "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib. Cavab oyunu martın 15-də İspaniyada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR